Yaponiyada güclü yağışlar 6 nəfərin ölümünə səbəb olub
15
avq
2021
21:21
Yaponiyada yağan güclü yağıçlar fəsadlar törədib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, ölkənin cənub qərbi və mərkəzi hissələrinə leysan yağışların nəticəsində altı nəfər ölüb, 4 nəfər xəsarət alıb və daha dörd nəfər itkin düşüb.
Artıq bir neçə gündür Yaponiyada güclü yağışlar davam edir.
Ölkənin cənub-qərbindəki bəzi bölgələrdə son üç gündə 700 ilə 1000 mm arasında yağıntı düşüb ki, bu da avqust ayının ortalama normasından 3 dəfə çoxdur.
Yağışlar çaylarda və su anbarlarında suyun səviyyəsinin kritik səviyyəyə yüksəlməsinə səbəb olub.
Oxşar xəbərlər
Alimlər Tibetin əriməkdə olan buzlaqlarında qədim viruslar aşkar edib
Alimlər Çində Tibet yaylasından götürülmüş 15 min illik iki buz nümunəsində onlarla çoxsaylı qədim virus növü aşkar ediblər, özü də bunların çoxu hələ də elmə m...