Almaniyada dəhşətli daşqından görüntülər - Ölənlərin sayı 156-ya çatıb - VİDEO
Bir neçə gündür Balkan və Şərqi Avropa ölkələri sel fəlakəti ilə üz-üzə qalıb.
BAKU.WS xəbər verir ki, baş verən təbii fəlakətin dəhşətli kadrları yayılıb.
Almaniyada lentə alınan görüntülərdə daşqından asfalt yolların çökdüyü, minik və avtobus kimi nəqliyyat vasitələrinin sel altında qaldığı, hətta körpülərin belə su axını qarşısında davam gətirə bilməyib, dağıldığı əks olunub.
Ən çox ölkənin Reynland-Pfalz əyaləti ziyan görüb. Burada 1300 nəfər itkin düşüb, həyatını itirənlərin sayı 156 nəfərə çatıb. Çərşənbə günü başlayan güclü leysan Reynland-Pfalts və Şimali Reyn-Vestfaliya torpaqlarında ağır fəsadlar yaradıb.
Qeyd edək ki, Belçika, Niderland, Bosniya və Hersoqovina, Serbiya, Polşa, Rumıniya, Avstriya və Xorvatiya kimi ölkələrdə, hətta qonşu Türkiyədə də vəziyyət heç də Almaniyadan fərqli deyil. Belçikada sel daşqınları nəticəsində 20 nəfər ölüb.
Türkiyənin Rize vilayətində baş verən sel zamanı ölənlərin sayı 7 nəfərə çatıb. Təbii fəlakət nəticəsində, 13 nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.
Qalereya
Oxşar xəbərlər
Almaniyada fəlakət nəticəsində ölənlərin sayı durmadan artır - FOTO
Almaniyanın qərbində baş verən sel nəticəsində ölənlərin sayı 133 nəfərə yüksəlib. BAKU.WS xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilir ki,...