Xudafərinin və Zəngilanın düşməndən təmizləndiyini Ali Baş Komandana məruzə edən polkovnik - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Xudafərinin və Zəngilanın düşməndən təmizləndiyini Ali Baş Komandana məruzə edən polkovnik Babək Ələkbərovdur.
O, 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsi zamanı Arazboyu əməliyyatlarda böyük şücaət göstərib.
Babək Ələkbərova Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zaman igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...