Xorvatiya prezidenti İlham Əliyevi təbrik etdi
Yeniliklərdən dərhal xəbərdar olun
Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç Prezident İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.
BAKU.WS xəbər verir ki, təbrik mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər arzulamaqdan şərəf duyuram.
Cənab Prezident, xalqınızın rifahı və tərəqqisi üçün qarşıya qoyulan məqsədlərə çatmaqda Sizə uğurlar diləyirəm.
Bu xoş fürsətdən istifadə edərək ölkələrimizin vətəndaşlarının rifahı üçün qarşılıqlı maraq doğuran hər bir sahədə dostluq münasibətlərinin möhkəmlənməsi və əməkdaşlığın inkişafı üçün bundan sonra da birgə səylərimizi davam etdirəcəyimizə ümidvaram.
Cənab Prezident, Sizə ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Oxşar xəbərlər
Bir qrup hərbi qulluqçu “Vətən uğrunda” medalı ilə təltif edildi - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən uğrunda” medalı ilə təltif edilməsi haqqındasərəncam imzalayıb....