Xocavənd və Xocalı rayonlarına növbəti köç karvanları yola salınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BAKU.WS xəbər verir ki, Xocavənd rayonun Qırmızı bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Belə ki, bu mərhələdə Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Oxşar xəbərlər
Qərbi Azərbaycanın yaddaş xəritəsi: Axta kəndinin tarixi
Qərbi Azərbaycan tarixən yüzminlərlə azərbaycanlının yaşadığı coğrafi məkandır. Bu gün həmin ərazilərdə soydaşlarımızın izləri silinmək istənilsə də, oradakı qə...