XİN rəsmisi: “Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”

XİN rəsmisi: “Özbəkistan Qarabağın bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub”
Siyasət 4

“Azərbaycan və Özbəkistan arasında müxtəlif sahələrdə əməkdaşlığa dair 150 sənəd imzalanıb”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Cənubi Qafqaz, Qərbi və Mərkəzi Asiya İdarəsinin rəis müavini Zamin Əliyev Bakıda keçirilən “Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri” adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, hazırda ölkələr həm də ticarət dövriyyəsini artırmağa çalışırlar:

“Müharibədən sonra yeni reallıqlar formalaşıb, biz Özbəkistanın işğaldan azad edilmiş ərazilərin bərpası prosesində mövqeyini və dəstəyini yüksək qiymətləndiririk”.

O əlavə edib ki, Özbəkistan işğaldan azad edilmiş ərazilərin bərpasında Azərbaycana ilk yardım edən ölkələrdən biri olub:

“Belə ki, Füzulidə 940 uşağın təhsil alacağı məktəb inşa ediləcək”.

Z.Əliyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycanın tranzit imkanlarının inkişafı üçün əlavə imkanlar yaradacaq.

Son xəbərlər