Xarici diplomatlar və hərbi attaşelər "Laçın" sərhəd-buraxılış məntəqəsində olublar - FOTO
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına gəliblər.
BAKU.WS report-a istinadən xəbər verir ki, nümayəndə heyəti 33 ölkədən 60 diplomat və hərbi attaşedən ibarətdir.
Laçın səfəri çərçivəsində xarici diplomatlar Ermənistanla Azərbaycan arasında sərhəd-buraxılış məntəqəsinin yerləşdiyi körpüyə gəliblər.
Onlara Ermənistanın bir hərbçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verilib.
Bildirilib ki, silahlı təxribata qədər sərhəd-buraxılış məntəqəsi açıq olub. Xankəndidə yaşayan erməni əsilli sakinlər məntəqədən heç bir maneə olmadan istifadə ediblər.
Qalereya
Oxşar xəbərlər
Laçında qoyulan son nöqtə: Zəngəzur dəhlizinə açılan qapı - "Kaspi"nin ŞƏRHİ
Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi qurdu. Beləliklə, Ermənistan ərazisindən Qarabağa qanunsuz silah-sursat, şəxsi heyət daşınması imk...