Xarici diplomatlar Cıdır düzündə olublar

Xarici diplomatlar Cıdır düzündə olublar
Foto
Siyasət 162

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar və hərbi attaşelərdən ibarət qrup Şuşada Cıdır düzündə olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, onlar Şuşa şəhərinin təbiət mənzərələrinin gözəlliyini öz gözləri ilə görüblər.

Nümayəndə heyətinin üzvləri, həmçinin Ermənistanın şəhərin işğalı dövründə törətdiyi cinayətlərin və vandalizm aktlarının nəticələri ilə tanış olublar. Onlara həmçinin Azərbaycanın mədəni və tarixi abidələrinin məhv edilməsi ilə bağlı faktlar nümayiş etdirilib.

*** 12:25

Azərbaycanda akkreditə olunmuş diplomatların, o cümlədən hərbi attaşelərin və beynəlxalq təşkilatların nümayəndələrinin daxil olduğu nümayəndə heyəti Şuşa şəhərində tarixi Mehmandarovların Evini ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar XVIII əsrə aid malikanənin memarlıq ansamblı ilə tanış olublar.

Ermənistanın işğalı dövründə hamam da daxil olmaqla binaların böyük hissəsi dağıdılmışdı. Mehmandarovların kiçik evi uzun illər baxımsız qalmışdı.

Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan bərpa işləri apararaq malikanənin tarixi görünüşünü yenidən canlandırıb.

*** 11:48

Azərbaycanda akkreditə olunmuş diplomatlar, hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada yaşayış kompleksində olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlar Şuşaya qayıdan sakinlərin yaşayış şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Şuşada ilk yaşayış kompleksinin açılışı 2024-cü il mayın 10-da olub.

Foto: Vüqar Xanlarov

*** 11:05

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Azərbaycanın görkəmli opera müğənnisi, musiqişünas və folklorşünas Bülbülün ev-muzeyini ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlara Bülbülün həyat və yaradıcılığı haqqında məlumat verilib.

Xarici diplomatlar uzun illər davam etmiş erməni işğalından sonra bərpa edilmiş muzeyi öz gözləri ilə görmək imkanı əldə ediblər.

Şuşada Bülbülün ev-muzeyi 2021-ci il avqustun 29-da bərpa edilib. Bərpa zamanı bütün yükdaşıyıcı divarların bünövrəsi möhkəmləndirilib, çat olan divar hissələrində yenidənqurma işləri aparılıb, binanın tarixi görkəmini qorumaq şərti ilə yenisi ilə əvəz edilib.

*** 

Azərbaycanda akkreditə olunmuş diplomatlar və hərbi attaşelərdən ibarət nümayəndə heyəti Şuşada Qarabağ küçəsində olub.

BAKU.WS report-a istinadən xəbər verir ki, diplomatlara şəhərin tarixi və erməni işğalına son qoyulmasından sonra aparılan bərpa işləri barədə məlumat verilib.

Səfər zamanı nümayəndə heyəti şəhərin simasının necə dəyişdiyinin şahidi olub və yenidənqurma işlərinin miqyası haqqında məlumat əldə edib.

*** 10:29

Azərbaycanda akkreditə olunmuş diplomatlar, o cümlədən hərbi attaşelər və beynəlxalq təşkilatların rəhbərlərindən ibarət nümayəndə heyəti Şuşada Üzeyir Hacıbəyovun ev-muzeyini ziyarət edib.

BAKU.WS report-a istinadən xəbər verir ki, qonaqlara görkəmli Azərbaycan bəstəkarının həyatı və yaradıcılığı haqqında bildirilib.

Bundan başqa, xarici diplomatlar şəhərin tarixi ilə tanış ola və işğal dövründə Şuşada törədilmiş dağıntıların şahidi ola biləcəklər.

Son xəbərlər