Xankəndindən Şuşaya 70 dollara təyyarə uçur?
Yeniliklərdən dərhal xəbərdar olun
Dağlıq Qarabağda Stepanakertdən (Xankəndindən) Şuşaya uçuşlar təşkil edilib. Virtualaz.org bildirir ki, bu barədə Novosti Armeniya məlumat yayıb.
Layihə rəhbəri Tiqran Çibuxçyanın sözlərinə görə, turizm hava gəzintiləri keçən həftədən ikiyerlik təyyarələr vasitəsilə həyata keçirilir. Uçuş vaxtı 20-25 dəqiqə təşkil edir, səfərin qiyməti isə 35 min dramdır (təxminən 70 dollar – virtualaz.org)".
Yell Extreme Park tərəfindən həyata keçirilən layihənin ümumi maliyyələşdirilməsi 35 min dollar təşkil edib.
Uçuşları həyata keçirən şirkətin planlarında, həmçinin Azərbaycanın işğal edilmiş başqa əraziləri, məsələn, Qandzasar monastr kompleksi də var. Əsas baza Xankəndi aeroportunda yerləşir.
"Biz turizmi inkişaf etdirməyə çalışırıq, amma bütün turistlərimizə təklif edirik ki, A nöqtəsindən B nöqtəsinə çox yaxşı vəziyyətdə olan avtomobil yolları ilə gəlsinlər. Bu gün bizdə istər daxili, istərsə də xarici bazar üçün yeni və nadir turizm məhsullarını yaratmaq imkanı var”, - deyə Çibuxçyan vurğulayıb.
O həmçinin əlavə edib ki, hazırda Azərbaycanla sərhəd rayonlarda Ermənistanın kiçik aviasiyası üçün Yerevandan uçuşların təşkili məqsədi ilə aeroportun yaradılması haqda məsələ müzakirə edilir. İndiki halda söhbət əsasən Tavuş vilayətinin Yenokavan kəndi haqda gedir.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan 10 yeni "Boeing" alır
Azərbaycanın "Silk Way Airlines" aviaşirkəti və ABŞ-ın "Boeing" aerokosmik korporasiyası 10 Boeing-737 MAX sərnişin təyyarəsinin alınmasına dair müqavilə imzala...