AZAL Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib

16
fev
2017
13:45
"Azərbaycan Hava Yolları" (AZAL) şirkəti Rusiyaya uçuşlar həyata keçirən ən yaxşı aviadaşıyıcılardan biri seçilib.
"Report" xəbər verir ki, bunu "Forbes" tərəfindən tərtib edilən reytinq göstərir.
Azərbaycan şirkəti reytinqdə 8-ci yeri tutub.
Rusiyaya uçuşlar həyata keçirən aviaşirkətlər arasında ən yaxşısı "Emirates" olub. Sonrakı yerləri "Belaviya" və Polşanın LOT şirkəti tutub.
Qeyd edək ki, nəşr bu cür siyahını ilk dəfə tərtib edib. Sıralama qiymət-xidmət keyfiyyət nisbətinə əsaslanır.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda milli büdcə aviadaşıyıcısı BUTA AIRWAYS yaradılacaq
"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin İdarə Heyətinin iclasında Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısının yaradılması barədə qərar qəbul edilib. BUTA AIR...
