Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağa səfəri başa çatıb

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Qarabağa səfəri başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, səfərin məqsədi diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanışlıq olub.
Bu çərçivədə onlar Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi, Şuşada birinci yaşayış kompleksi və İsa bulağını ziyarət ediblər.
*** 14:41
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin (səfirlər və müşavirlər) Şuşa şəhərinə səfəri başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, onlar səfər çərçivəsində Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksi ilə tanış olacaqlar.
*** 10:03
Xankəndiyə səfər edən Azərbaycanda akkreditə olunan diplomatik korpus nümayəndələri Qarabağ universitetində olublar.
*** 09:42
Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri (səfirlər və müşavirlər) Xankəndiyə gəliblər.
BAKU.WS report-a istiandən xəbər verir ki, səfər diplomatik korpus nümayəndələrini Xankəndi və Şuşa şəhərləri ilə tanış etmək məqsədi daşıyır.
Səfər çərçivəsində onların Qarabağ Universiteti, Xankəndi şəhərinin mərkəzi, Şuşa şəhərində Qarabağ küçəsi, Aşağı Gövhər Ağa məscidi və Şuşada birinci yaşayış kompleksini ziyarət etməsi nəzərdə tutulub.
Qalereya
Oxşar xəbərlər
Ararat Mirzoyan və Kaya Kallas Azərbaycan-Ermənistan sülh sazişindən danışıblar
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Brüsselə işgüzar səfəri çərçivəsində Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Ka...
