Xankəndinin tarixi görüntüləri: Separatçılar şəhəri necə ələ keçirmişdilər? - VİDEO
Xankəndinin arxiv görüntüləri yayımlanıb.
AzTV-nin yayımladığı süjetdə separatçıların illər əvvəl şəhəri necə ələ keçirdikləri barədə məlumat verilib.
Qeyd edək ki, Xankəndi digər Azərbaycan şəhərlərinin əksəriyyətindən nisbətən cavan olması ilə fərqlənir. Arxiv sənədlərinə görə, şəhər XVIII əsrin axırlarında Qarabağ xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Yeni məskən xanlığın paytaxtı Pənahabadın (indiki Şuşanın) 10 kilometrliyində, dağ ətəyində salınıb. Bu zaman onun xanlığın digər vacib şəhər və kəndlərinə - Ağdama, Xocalıya, Malıbəyliyə, Kərkicahana və digərlərinə yaxın olması da əsas götürülüb. İlk illər yeni yaşayış məskənində ancaq xan ailəsi və onun yaxınları yaşadığından el arasında “Xanın kəndi” kimi tanınıb. Qısa bir müddətdən sonra isə Xankəndi adını alıb.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...