Xankəndidəki erməniəsilli şəxslərə aparılan 40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara təqdim olunub

Xankəndidəki erməniəsilli şəxslərə aparılan 40 ton humanitar yardımın keyfiyyət sertifikatı sülhməramlılara təqdim olunub
Siyasət 0

“Dünən axşam yenidən Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının komandanlığı ilə görüşdük. Gətirdiyimiz humanitar yükün sertifikatını Azərbaycan və rus dillərində onların həkiminə təqdim etdik”.

BAKU.WS xəbər verir ki, bunu report-un Ağdama ezam olunmuş əməkdaşına Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibi Ceyhun Mirzəyev deyib.

O bildirib ki, hazırda gözləmə mövqeyindədirlər:

“Bizim əlaqə vasitələrimiz onlarda var. Gün ərzində ola bilsin ki, bizə cavab verilsin”.

Son xəbərlər