Xankəndi - Bakı ultramarafonunun qalibi: Yarışın hər dəqiqəsində şəhidləri yad edirdik
Yeniliklərdən dərhal xəbərdar olun
Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.
Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib: “Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
Oxşar xəbərlər
Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər
Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. BAKU.WS xəbər verir ki, Azərbaycan preziden...