"Vur, komandir, vur"un qəhrəmanından çox maraqlı açıqlamalar - “Sarkisyanın olduğu helikopteri ...” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
2014-cü ildə cəbhədə erməni helikopterini vuran İlkin Muradov döyüşlər zamanı baş verənlər barədə maraqlı məqamlardan danışıb.
BAKU.WS xəbər verir ki, BAKU.TV əməkdaşı qəhrəman döyüşçü İlkin Muradovun yaşadığı Neftçala şəhərinə baş çəkib və onunla özəl müsahibə hazırlayıb.
Bütün Azərbaycana, hətta dünyaya yayılan "Vur, komandir, vur!" nadası ilə tanınan qəhrəman müsahibəsində keçdiyi qanlı-qadalı mübarizələrdən danışıb.
“2014-cü ilin noyabr ayında ermənlərin böyük poliqonu vardı. Həmin hadisədən 3 gün qabaq Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ora səfər etmişdi.
Bizə məlumat gəlmişdi ki, Ağdərə ərazisindən uçuş həyata keçiriləcək. Bizlə oranın arasında 14 km. məsafə vardı. Oranı nəzarətdə saxlayırdıq. Sarkisyanın olduğu helikopter həqiqətən də oradan uçdu”, - deyə İlkin Muradov bildirib.
Döyüşçü onu da vurğulayıb ki, Sarkisyanın olduğu helikopter də izlənib. İlkin Muradov "Vur, komandir, vur!" hadisəsi və digər maraqlı məqamlardan da danışıb.
Həmin müsahibəni təqdim edirik:
Oxşar xəbərlər
5203 hərbçi “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib - SİYAHI
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...