Vüqar Qurbanov direktoru işdən çıxardı
10
okt
2024
17:07
Ağsu Rayon Mərkəzi Xəstəxanasının (RMX) direktoru Əli Hüseynov vəzifəsindən azad olunub.
BAKU.WS İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Əli Abbas oğlu Hüseynov 2020-ci ilin noyabrından xəstəxananın direktoru vəzifəsində çalışırdı. O, 1991-2019-cu illərdə Ağsu RMX-da baş həkimin müavini, 2019-2020-ci illərdə isə direktorun müavini vəzifəsində işləyib.
Oxşar xəbərlər
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. BAKU.WS xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nət...