Vuçiç: “Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınlaşıb”

“Bütün dünya aktiv şəkildə silah alır, sanki qiyamət günü yaxınlaşıb”.
“Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç xalqa müraciətində bildirib.
“Toyda sərxoşun pul atdığı kimi dünyada hamı silah alır. Hamı ciddi şəkildə silahlanır, sanki sabah qiyamət günüdür”, - Vuçiç bildirib.
Serbiya Prezidenti Belqradın silah satmağa və müdafiə sənayesindən pul qazanmağa davam edəcəyini bəyan edib:
“Biz icazə verilən ölkələrə silah satmışıq və satmağa da davam edəcəyik. Müharibədə görünəcəkmi - təbii ki, görünəcək, həmişə belədir. Amma biz bunu davam etdirəcəyik”.
Oxşar xəbərlər
Vuçiç Serbiya hökumətinin yeni tərkibini açıqlayıb
Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin yeni hökumətini elan edib. BAKU.WS “Report”a istinadən xəbər verir ki, Baş nazir Ana Brnabiç, baş nazirin müavini və...
