Vladimir Pozner xərçəng diaqnozu ilə xəstəxanaya yerləşdirilib

18
iyl
2024
10:49
Aparıcı Vladimir Pozner xəstəxanaya düşüb.
BAKU.WS xəbər verir ki, Mash Telegram-kanalı 90 yaşlı aparıcıya dəri xərçəngi diaqnozu qoyulduğu məlumatını verib.
Qeyd edək ki, ilk dəfə Poznerdə 59 yaşında Nyu-Yorkda yaşayarkən prostat xərçəngi aşkar edilmişdi. O zaman aparıcı xəstəliyə qalib gələ bilmişdi. Sonradan 80 yaşında bağırsaq xərçənginə tutulan Poznar bu dəfə də sağala bilib.
O, beş müxtəlif ölkədə həkimlərinin yanında olduqdan sonra Almaniyada əməliyyat edilməyə razılıq vermişdi. Əməliyyat uğurla keçmişdi.
Oxşar xəbərlər
Alimlər prostat vəzi xərçənginin diaqnostikasında irəliləyiş əldə etdilər
Britaniya alimləri prostat vəzi xərçənginin diaqnozunda irəliləyiş əldə ediblər. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, müvafiq tədqiqatın nəticələri...