Pozner ad günü keçirmək üçün Gürcüstana gəldi - aksiyalar başladı - VİDEO

Pozner ad günü keçirmək üçün Gürcüstana gəldi - aksiyalar başladı - VİDEO
Video
Siyasət 306

Tanınmış jurnalist Vladimir Pozner ad gününü qeyd etmək üçün səfər etdiyi Gürcüstanda təhlükəli anlar yaşayıb.

BAKU.WS RT-yə istinadən xəbər verir ki, o, aprelin 3-nə kimi ölkədə qalmaq istəsə də, bu istəyi baş tutumayıb.

Gürcüstanın Daxili İşlər Nazirliyi açıqlayıb ki, Vladimir Pozner və onu müşayiət edən daha 9 nəfər karantin rejimini pozduğuna görə cərimələnib.

Buna qədər bir qrup etirazçı Poznerin otelinə gələrək binaya yumurta atıblar və elektrik enerjisini kəsiblər.

Nəticədə polislə narazı kütlə arasında toqquşma qeydə alınıb.

Son xəbərlər