Vilayət Eyvazovdan yeni təyinat

14
avq
2020
09:09
Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis kapitanı Bəybalayev Emin Xanəhməd oğlu Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat Baş İdarəsinin Avtomobil Nəqliyyatı Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.
E.Bəybalayev bundan əvvəl Maddi Texniki Təminat Baş idarəsinin Avtomobil Təsərrüfatının mühəndisi vəzifəsində işləyib.
Oxşar xəbərlər
İlham Əliyev əfv sərəncamı imzaladı (SİYAHI)
Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb.Dövlət başçısı məhkum olunmuş bir sıra şəxslərin, onların ailə...