Vəkilliyə qəbul üzrə şifahi müsahibə mərhələsinin nəticələri açıqlandı
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsini uğurla keçən namizədlərin peşə yararlılığının qiymətləndirilməsi məqsədilə 08 aprel - 20 may 2026-cı il tarixlərində imtahanın şifahi müsahibə mərhələləri keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə kollegiya məlumat yayıb.
Bildirilib ki, imtahanların nəticələrinə əsasən, Vəkillərin İxtisas Komissiyası tərəfindən peşə yararlılığı təsdiq edilən 79 nəfər vəkilliyə namizəd icbari təlim mərhələsinə buraxılıb.
Qeyd edək ki, vəkilliyə namizədlərin icbari təliminə 25 may 2026-cı il tarixində saat 09:00-da Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında start veriləcək.
Şifahi müsahibə mərhələsindən uğurla keçən vəkillərin siyahısı ilə buradan tanış ola bilərsiniz.
Oxşar xəbərlər
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür
Bu gün Qubadlı şəhərinin işğaldan azad edilməsinin ildönümüdür. BAKU.WS xəbər verir ki, Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də başladığı əks-hücum nət...