Vaşinqton görüşü regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir - RƏY

Vaşinqton görüşü regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir - RƏY
Foto
Siyasət 47

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü tarixi əhəmiyyət daşıyır.

BAKU.WS xəbər verir ki, bu fikirləri report-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsidir:

"Qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək. Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyi danılmazdır. Məhz dövlət başçımızın prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyünü tam şəkildə təmin olundu. Ancaq bu qələbə ilə kifayətlənməyərək, Prezident İlham Əliyev regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik müstəvidə də eyni dərəcədə qətiyyətli və məsuliyyətli addımlar atmağa davam etdi".

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev verdiyi hər bir sözü əməli ilə təsdiqləyib:

"Zəngəzur dəhlizi ilə bağlı deyilənlər artıq kağız üzərində deyil, siyasi və diplomatik reallıqdır. Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır".

Deputat söyləyib ki, Vaşinqtonda keçirilmiş görüşün və Birgə Bəyannamənin reallaşmasında ABŞ Prezidenti Donald Trampın rolu və siyasi iradəsi də xüsusi qeyd olunmalıdır:

"ABŞ-nin sülh prosesinə verdiyi bu dəstək beynəlxalq ictimaiyyətin regionun sabitliyinə və inkişafına verdiyi əhəmiyyətin göstəricisidir".

Son xəbərlər