Vasif Talıbovdan SƏRƏNCAM: Bu kitablar mütləq oxunmalıdır - SİYAHI

Vasif Talıbovdan SƏRƏNCAM: Bu kitablar mütləq oxunmalıdır - SİYAHI
Siyasət 28072
Naxçıvanda oxunması zəruri olan kitabların siyahısı müəyyənləşdirilib.BAKU.WS xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədri Vasif Talıbov bununla bağlı müvafiq sərəncam imzalayıb.Sərəncama əsasən gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı” təsdiq edilib. Buna uyğun olaraq təhsil və mədəniyyət müəssisələrinin kitabxanalarında müvafiq kitab guşələri yaradılmalıdır.Siyahıya 30 kitab daxil edilib:1. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Yeni 2001-ci il, Yeni əsr və Üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti2. “Kitabi-Dədə Qorqud” dastanı3. “Atalar sözü” (Azərbaycan xalq ədəbiyyatı)4. Nizami Gəncəvi. “Sirlər xəzinəsi”. Poema5. “Nizaminin hikmət və nəsihətləri”6. Nəsirəddin Tusi. “Əxlaqi-Nasiri”7. Məhəmməd Tağı Sidqi. “Məktəb hekayələri”8. Hüseyn Cavid. “Azər”. Poema9. Cəlil Məmmədquluzadə. “Hekayələr”10. Məmməd Səid Ordubadi. “Qılınc və qələm”. Roman11. Qurban Səid. “Əli və Nino”. Roman12. Məmmədhüseyn Şəhriyar. “Heydərbabaya salam”.Poema13. “Təmsillər” (uşaq ədəbiyyatı)14. ABŞ-ın 16-cı prezidenti Avraam Linkolnun oğlunun müəlliminə məktubu15. Faruk Sumer. “Oğuzlar”16. Rəşidəddin Fəzlullah. “Oğuznamə”17. Yusif Balasaqunlu. “Qutatqu bilik”18. Teodor Drayzer. “Dahi”. Roman19. Cek London. “Həyat eşqi”. Hekayə20. Ernest Heminquey. “Qoca və dəniz”. Povest21. Nikolo Makiavelli. “Hökmdar”22. Gi de Mopassan. “Gombul”23. Antuan de Sent-Ekzüperi. “Balaca şahzadə”24. Nikolay Ostrovski. “Polad necə bərkidi”. Bioqrafik roman25. Moris Meterlink. “Arıların həyatı” və “Göy Quş” əsərləri26. “Mister Hemferin xatirələri”. (İngilis casusunun etirafları)27. Seyid Əzim Şirvani. “Seçilmiş əsərləri”. (Təmsillər)28. “İslamda müdrik kəlamlar”29. Sədi Şirazi. “Gülüstan”30. Eynəli bəy Sultanov. “Məqalələr”BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda nazir vəzifəsindən azad edilib

Azərbaycanda nazir vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilib. BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bununla bağlı bu gün Naxçıvan...

4439 Siyasət 22:25 28 iyul 2017

Son xəbərlər