Türkiyədə müəmmalı intihar - 10-cu sinif şagirdi... - FOTO
Türkiyənin Mersin şəhərində məktəblərdən birində bədbəxt hadisə baş verib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, təhsil ocağında sinif yoldaşları ilə dava edən şagirdi özünü pənəcərdən ataraq intihar edib.
Toroslar bölgəsindəki "Şifa Hatun Mesleki ve Teknik Anadolu" məktəbində 10-cu sinif şagirdi A.B. 3 sinif yoldaşı ilə dava edib.
Bundan sonra uşağın valideyni məktəbə çağrılıb. Həmin valideyn məktəb müdiri ilə görüşən zaman A.B. özünü binanın 3-cü mərtəbəsindən ataraq intihar edib.
Əraziyə təcili tibbi yardım maşını çağırılıb. Şagird Mersin Şəhər Xəstəxanasına aparılıb. Edilən müdaxilələrə baxmayaraq, A.B-nin həyatını xilas etmək mümkün olmayıb. Hadisə ilə bağlı cinayət işi açılıb.
Araşdırmalar aparılır.
Oxşar xəbərlər
Ondan ayrılan sevgilisini güllələdi: Qızın ayağı amputasiya olundu - FOTO
Türkiyədə gənc oğlan sevgilisinə ov tüfəngi ilə atəş açaraq yaralayıb. BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Mersin şəhərində baş verib. Me...