ÜST meymunçiçəyi ilə bağlı fövqəladə vəziyyət elan etdi
23
iyl
2022
19:40
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus meymunçiçəyi xəstəliyi ilə bağlı beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət elan edib.
O, müvafiq qərarın qəbul edildiyini şənbə günü keçirdiyi brifinqdə açıqlayıb.
ÜST rəhbərinin sözlərinə görə, epidemiya hazırda riskin yüksək olduğu Avropa istisna olmaqla, bütün dünyada orta risk yaradır.
Məlumata görə, indiyədək dünyada 16 mindən çox meymunçiçəyinə yoluxma halı müəyyən edilib.
Mənbə: TASS
Oxşar xəbərlər
ÜST: Meymunçiçəyinin bu ölkələrə keçmə riski realdır
Meymunçiçəyinin qeyri-endemik ölkələrə keçmə riski realdır. BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus...