Qadınlar pandemiyadan daha çox zərər görüb - ÜST-nin Baş direktoru
Qlobal pandemiyanın nəticələri bir çox hallarda daha çox qadınlara təsir edib. Bu, xüsusilə məişət zorakılığının artması və reproduktiv sağlamlığın qorunmasına çıxış imkanlarının azalması ilə özünü göstərdib.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bunu Cenevrədə keçirilən brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib:
"Bir çox hallarda COVID-19 pandemiyasından qeyri-proporsional olaraq qadınlar zərər görüblər. Qadınlara qarşı zorakılığının dəhşətli dərəcədə artmasının, cinsiyyət və reproduksiya ilə əlaqəli səhiyyə xidmətlərinə çıxışın azalmasının şahidi olduq".
Onun sözlərinə görə, pandemiya dövründə qadınlar kişilərdən daha çox iş yerlərindən məhrum olublar: "Qadınların üzərinə uşaqlara və qocalara qayğı göstərmək baxımından da əlavə yük düşür".
A.Qebreyesus dünyadakı tibb işçilərinin təxminən 70 faizini təşkil edən qadınların "pandemiya şəraitində müalicə və həyatların xilas edilməsində əsas rol oynadığını" xatırladıb.
8 mart - Beynəlxalq Qadınlar günü münasibəti ilə ÜST-nin Baş direktoru səhiyyə sahəsində işləyən qadınlara "sağlamlığı təşviq etmək, dünyanı təhlükəsiz tutmaq və həssas insanlara yardıma görə təşəkkür edib".
Oxşar xəbərlər
Dünyada 10,3 milyondan çox insan koronavirusa yoluxub
Dünyada koronavirusa yoluxma hallarının sayı 10,3 milyonu keçib, 506 mindən çox insan vəfat edib. BAKU.WS-in məlumatına görə, bu barədə Cenevrədə keçirilən brif...