Ümumdünya Meteorologiya Təşkilatı kəskin istilərlə bağlı bu ölkələrə xəbərdarlıq etdi
Yaxın bir neçə gün ərzində Avropada, o cümlədən İsveçrə, Fransa və Polşada kəskin istilərlə ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) sözçüsü Kler Nullis bildirib.
O, iyul ayında tarixin ən isti ayı olaraq qeydə alındığını xatırladaraq, quru havanın bu həftənin əvvəlində İspaniyanın Tenerife şəhərində böyük yanğınlara səbəb olduğunu, Yaponiyanın da temperatur rekordlarını qıran uzunmüddətli isti dalğasının təsiri altında qaldığını vurğulayıb.
Nullis bildirib ki, həddindən artıq istilər nəticəsində Kanadada 600-dən çox meşə yanğını nəzarətdən çıxıb.
Oxşar xəbərlər
Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ! - Temperatur rekordları qırıla bilər
Ümumdünya Meteorologiya Təşkilatı (WMO) davam edən isti hava şəraiti ilə əlaqədar açıqlama yayıb. BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-n...