Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ! - Temperatur rekordları qırıla bilər

Ümumdünya Meteorologiya Təşkilatından XƏBƏRDARLIQ! - Temperatur rekordları qırıla bilər
Siyasət 415

Ümumdünya Meteorologiya Təşkilatı (WMO) davam edən isti hava şəraiti ilə əlaqədar açıqlama yayıb.

BAKU.WS-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, ABŞ-nin cənubunda, Aralıq dənizi, Şimali Afrika, Yaxın Şərq və bəzi Asiya ölkələrində güclü isti dalğaları təsir göstərib.

Bildirilir ki, hidroloji xidmətlər bir sıra yerlərdə gündəlik temperatur rekordları qeydə alıb.

Qeyd olunub ki, bəzi ölkələrdə milli temperatur rekordları qırıla bilər və bunlar da WMO-nun Qlobal İqlim Vəziyyəti Hesabatına daxil ediləcək.

WMO-nun arxivindən verilən məlumata görə, dünyanın ən yüksək temperaturunun 10 iyul 1913-cü ildə Kaliforniya ştatının Ölüm Vadisində 56,7 dərəcə ilə qeydə alındığı bildirilib.

Məlumata görə, eyni bölgədə 16 avqust 2020-ci ildə və 9 iyul 2021-ci ildə 54,4 dərəcə isti qeyd edilib.

Bildirilib ki, bu təsdiq olunarsa, 1931-ci ildən bəri dünyada üçüncü ən yüksək temperatur kimi qeydə alınacaq.

Son xəbərlər