Dünyada son 100 ilin ən isti havası qeydə alındı
19
avq
2020
11:44
ABŞ-ın Kaliforniya ştatında yerləşən Ölüm Vadisindəki Milli Parkda dünyada son 100 ildə ən yüksək temperatur qeydə alınıb.
BAKU.WS “Haber Global”a istinadən xəbər verir ki, metereoloqlar həmin ərazidə 54,5 dərəcə isti qeydə alındığını açıqlayıblar.
İsti hava dalğasının daha bir neçə gün davam edəcəyi bildirilib. Buna görə də Arizona, Kaliforniya, Nevada və Yuta ştatlarında əhalinin çöldə az zaman keçirmələri üçün çağırış edilib.
Qeyd edək ki, bu zamana qədər Yer kürəsində qeydə alınmış ən yüksək temperatur 56,7 dərəcə olub. Bu, 1913-cü ildə Ölüm Vadisində qeydə alınıb.
Oxşar xəbərlər
Erməni əsilli amerikalı biznesmenin məhkəməsi keçirilib
ABŞ-ın Yuta ştatının Federal Bölgə Məhkəməsində erməni əsilli amerikalı biznesmen Levon Termencyanın məhkəmə prosesi keçirilib. BAKU.WS xəbər verir ki, məhkəmə...