Ukraynanın daxili işlər naziri və müavini helikopter qəzasında həlak oldu - FOTO/VİDEO

Ukraynanın daxili işlər naziri və müavini helikopter qəzasında həlak oldu - FOTO/VİDEO
Foto Video
Siyasət 290

Ukraynanın daxili işlər naziri və onun müavini helikopter qəzasında həlak olub.

BAKU.WS "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin uşaq bağçasının yanında qəzaya düşməsi zamanı daxili işlər naziri Denis Monastırski, onun müavini Yevgeni Yenin və dövlət katibi Yuri Lubkovi də həlak olublar.

Ukrayna Milli Polisinin rəhbəri İqor Klimenkon məlumatı təsdiq edib.

Qeyd edək ki, Ukraynanın Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya uğrayıb.

Hadisə şəhərdəki uşaq bağçasının yaxınlığında baş verib.

Qəza nəticəsində ikisi uşaq olmaqla 16 nəfərin öldüyü bildirilib.

Yaralanan 22 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Məlumata görə, qəza zamanı uşaqlar və müəssisənin əməkdaşları bağçada olublar. Hazırda hər kəs təxliyə edilib. Hadisə yerində təcili yardım, polis və yanğınsöndürənlər işləyir.

Son xəbərlər