Ukraynanın 3 döyüş təyyarəsi vuruldu - SON İTKİLƏR
Son 24 saat ərzində Rusiya Aerokosmik Qüvvələrinin döyüş təyyarələri Ukrayna ərazisində 158 hərbi obyekti məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, martın 7-də Ukrayna Hərbi Hava Qüvvələrinin Jitomir vilayətindəki Ozernoye aerodromunu yüksək dəqiqlikli uzaqmənzilli silahlarla sıradan çıxarılıb.
Rusiya Aerokosmik Qüvvələrinin qırıcı təyyarələri Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki "MiQ-29" və bir "Su-27"-ni havada vurub.
Həmçinin "S-300" zenit-raket kompleksinin 2 diviziyası, 3 ədəd "Buk M-1" özüyeriyən atəş sistemi, 4 komanda məntəqəsi, 2 radar stansiyası, 9 sursat anbarı vurulub.
Oxşar xəbərlər
Rusiya Ukraynanın daha bir hərbi aerodromunu sıradan çıxardı - YENİ İTKİLƏR AÇIQLANDI
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusu 2203 hərbi infrastruktur obyektini məhv edib. BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının...