Rusiya Ukraynanın daha bir hərbi aerodromunu sıradan çıxardı - YENİ İTKİLƏR AÇIQLANDI
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusu 2203 hərbi infrastruktur obyektini məhv edib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.
Martın 6-da səhər saatlarında Rusiya Federasiyası Silahlı Qüvvələri Ukrayna Hərbi Hava Qüvvələrinin Starokonstantinov aerodromunu yüksək dəqiqlikli silahların zərbəsi ilə sıradan çıxarıb.
Rusiya Aerokosmik Qüvvələrinin hava hücumundan müdafiəsi isə Jitomir vilayətində 4 ədəd "Su-27", eyni zamanda bir ədəd "MiQ-29", Radomışl rayonunda "Su-27" və "Su-25", Nijin vilayətində isə "Su-25"-ni vurub.
Rusiya qırıcıları həmçinin Kiyev yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə məxsus iki "Mi-8" helikopterini, həmçinin "Bayraktar TB2" də daxil olmaqla, 6 PUA-sını vurub.
Oxşar xəbərlər
"Bayraktar"dan növbəti zərbə: Tank və zenit-raket kompleksləri vuruldu - VİDEO
Ukrayna ordusuna məxsus "Bayraktar TB2" pilotsuz uçuş aparatları Rusiya ordusunun mövqelərinə ağır zərbələr endirib. BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna S...