İraq Türkiyədən "Bayraktar TB2" PUA-larını alacaq
İraqın müdafiə naziri Cuma İnad Sadun Türkiyədən "Bayraktar TB2" PUA, 12 ədəd "T129 ATAK" helikopteri və 6 "KORAL" mobil elektron müharibə sistemi alması barədə razılaşma elan edib.
BAKU.WS xəbər verir ki, keçən həftə İstanbulda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisinə qatılan İraq Müdafiə naziri Türkiyə Müdafiə Şirkətinin yüksək vəzifəli şəxsləri ilə görüşlər keçirib.
Məlumata əsasən, İraqın "Al Sharkiye" telekanalının efirində qonaq olan nazir "Bayraktar TB2" PUA ilə bağlı "konsensusa gəldiklərini", 12 ədə "T129 ATAK" helikopteri almaq "niyyətində olduqlarını" və 6 mobil radio-elektron müharibə sistemini "satın alma təklifini" göndərdiklərini bildirib.
Oxşar xəbərlər
“Bayraktar”ın yaradıcılarından bayram hədiyyəsi: Pilotsuz hərbi təyyarə təqdim olunub - VİDEO
“Bayraktar” PUA-larının yaradıcıları kimi tanınan Türkiyənin “Baykar” müdafiə sənayesi müəssisəsi kollektivi bir neçə gün öncə anonsunu verdiyi bayram hədiyyəsi...