Ukraynada rusiyalı polkovniklər öldürülüb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya ordusunun 4-cü motoatıcı briqadasının komandiri, polkovnik Vyaçeslav Makarov Donetskdə döyüşlər zamanı öldürülüb.
BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant İqor Konaşenkov bildirib.
Vyaçeslav Makarov Ukrayna ordusunun üçüncü hücumun dəf olunması zamanı ağır yaralanıb və döyüş meydanından təxliyə zamanı dünyasını dəyişib.
İqor Konaşenkov həmçinin ordu korpusu komandirinin hərbi-siyasi işlər üzrə müavini, polkovnik Yevgeni Brovkonun da döyüşlər zamanı öldürüldüyünü açıqlayıb.
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...