Ukraynada müharibə başlayandan neçə mülki şəxs həlak olub?
09
mar
2022
09:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları üzrə Ali Komissarlığının İdarəsi Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlamasından indiyə qədər 474 mülki vətəndaşın həlak olduğunu bildirib.
BAKU.WS xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Statistikaya görə, 861 nəfər xəsarət alıb. BMT-yə görə, itkilər daha çox ola bilər.
“Hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir. Döyüşlərin davam etdiyi bəzi yerlərdən məlumat almaq isə gecikir”, - deyə BMT bildirib.
Oxşar xəbərlər
BMT Ukraynada ölən dinc sakinlərin sayını AÇIQLADI
Rusiyanın hərbi müdaxiləsi nəticəsində fevralın 24-dən martın 4-dək Ukraynada 350-dən çox dinc sakin həlak olub, daha 707 nəfər yaralanıb. BAKU.WS “Report”a ist...