Ukraynada fövqəladə vəziyyət - Ölənlər var - FOTO

Ukraynada fövqəladə vəziyyət - Ölənlər var  - FOTO
Foto
Siyasət 1334
İki gündür Ukraynanın qərbində hökm sürən qeyri-sabit hava şəraiti ölkədə fövqəladə vəziyyət yaradıb. BAKU.WS xəbər verir ki, Qasırğa ilə müşayiət olunan güclü yağışlar nəticəsində İvano-Frankovsk şəhərində 57 yaşlı kişi və 11 yaşlı oğlan ölüb.Yerli KİV-in yazdığına görə, ən çox ziyan Zakarpatye, İvano-Frankovsk, Lvov, Xmelnitski və Çernovtsı vilayətlərinə dəyib. Sellə müşayiət olunan güclü yağış nəticəsində 10 minə yaxın ev, çoxsayda kənd təsərrüfatı və yüz kilometrlərlə yol su altında qalıb.Fövqəladə hallar yaranan zaman təhlükəli zonalardan minə yaxın insan, 90-dan artıq avtomobil evakuasiya olunub.Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin məlumatına görə, iyulun 28-də ölkənin əksər bölgələrində, o cümlədən paytaxt Kiyevdə qasırğa, dolu və tufan olacağı proqnozlaşdırılır.Zülfiyyə Qurbanova

Oxşar xəbərlər

Güclü dolu Şəki və Zaqatalaya ZİYAN VURDU - FOTO

Güclü dolu Şəki və Zaqatalaya ZİYAN VURDU - FOTO

Mayın 14-dən 15-nə keçən gecə ölkənin şimal-qərb rayonlarında hökm sürən qeyri-sabit hava şəraiti nəticəsində Şəki ilə yanaşı Zaqatalaya da dolu yağıb. BAKU.WS...

736 Şou-biznes 11:06 15 may 2019

Son xəbərlər