Güclü qasırğa nəticəsində kəndlər yoxa çıxdı: 65 ölü, yüzlərlə yaralı (VİDEO)

Güclü qasırğa nəticəsində kəndlər yoxa çıxdı: 65 ölü, yüzlərlə yaralı (VİDEO)
Video
Hadisə 3251
Qlobal istiləşməylə birlikdə təbii fəlakətlərin daha çox yaşandığı dünya iki qasırğanı dəhşətlə izləyir. BAKU.WS-in məlumatına görə, bunlardan biri ABŞ-ı vuran "Florence" qasırğası, digəri isə Filippin başda olmaq üzrə Çin və Honkonqu təsiri altına alan "Manghut" qasırğasıdır. Bu qasırğa son illərin ən güclü qasırğası olaraq qiymətləndirilir. "Manghut" indiyə qədər ən azı 64 nəfərin ölümünə səbəb olub. Çin hökuməti fövqəladə hallarla bağlı əhaliyə xəbərdarlıq edib. Qasırğa təxminən 250 min insanın həyatı üçün təhlükə yaradıb. Qasırğadan ən çox ziyan görən Benquet bölgəsində ölən 38 nəfərin 2 torpaq sürüşməsini nəticəsində öldüyü bildirilir. Saatda 165 kilometr sürətlə əsən qasırğa Makauda 18, Honqkonqda 213 nəfərin yaralanmasına səbəb olub. Quanqdonqda 2,5 milyon insan evakuasiya edilib. Fövqəladə vəziyyət çox sayda təyyarə, qatar və bərə səfərlərinin ləğv edilməsinə səbəb olub. BAKU.WS

Son xəbərlər