Ukraynada azərbaycanlıya yüksək vəzifə verildi
11
fev
2019
10:35
Ukrayna dövləti Karpat bölgəsinin ekologiya və təbii ehtiyyatlar sferasını azərbaycanlıya həvalə edib.Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin (BUAK) İvano-Frankovsk vilayəti üzrə sədri Mətləb Nəcəfovun “Report”un Kiyev bürosuna verdiyi məlumata görə, əslən Azərbaycanın Masallı rayondan olan, 1970-ci il təvəllüdlü Riyafət Sadiq oğlu Qasımov Ukraynanın Ekologiya və Təbii Ehtiyyatlar Nazirliyinin I Karpat Dairəsinin rəisi təyin edilib.Bu dairə İvano-Franskovsk və Çernovtsı vilayətlərini əhatə edir.R. Qasımov 1987-ci ildən Ukraynada yaşayır, İvano-Frankovsk Milli Qaz-Neft Universitetini və Ternopil Milli İqtisadiyyat Universitetini bitirb. Elmi nailiyyətlərə malikdir. Bir müddət biznes sahəsində çalışan R. Qasımov daha sonra iki dəfə İvano-Franskovsk Şurasının deputatı olub. Hazırda təyin olunduğu vəzifəsinə qədər isə Ekologiya və Təbii Ehtiyyatlar Nazirliyinin vilayət strukturunda çalışıb. O, həm də azərbaycanlıların diaspor hərkatında fəaldır.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanlı Ukrayna prezidentliyinə namizəddir
Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) 2019-cu il martın 31-də keçiriləcək prezident seçkilərində daha iki nəfərin namizədliyini rəsmi qeydə alıb. BAKU.WS xəbə...