"Google" azərbaycanlıya vəzifə verdi

10
may
2018
10:21
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlıya "Google" şirkətində vəzifə verilib.BAKU.WS-in məlumatına görə, əslən Gəncədən olan Röyal Paşayev "Google" şirkətinin art direktor vəzifəsinə təyin edilib.Bu barədə tanınmış jurnalist Xəyal Azəroğlu sosial şəbəkədə yazıb: "Məni tanıyanlar bilir ki, həyatda ən yaxın dostum Royal Paşayevdi. Eşidin və agah olun, ən yaxın dostum ABŞ-da Google şirkətinin art direktor vəzifəsinə təyin olub. Fəxr edirəm səninlə kanki. Yadındadırsa, tələbə vaxtı Pinhanin "Mən necə böyük adam olacam" mahnısını özümüzə şüar olaraq seçmişdik. Sən artıq böyük adam oldun. Növbə mənimdi..."Hazırda Nyu-Yorkda yaşayan Röyal Paşayev keçmiş “H.O.S.T” qrupunun təsisçisidir.Zülfiyyə QurbanovaBAKU.WS

Oxşar xəbərlər
"Google"un "Analytics" xidməti çökdü
Dünyaca məşhur axtarış sistemi "Google"un "Analytics" xidməti çöküb. BAKU.WS-in məlumatına görə, internet saytlarının sahibləri "Google Analytics" saytına son b...