"Google"un "Analytics" xidməti çökdü
05
okt
2017
12:06
Dünyaca məşhur axtarış sistemi "Google"un "Analytics" xidməti çöküb. BAKU.WS-in məlumatına görə, internet saytlarının sahibləri "Google Analytics" saytına son bir saat ərzində giriş problemi yaşayıb. Xüsusilə, onlayn rejinmdə ziyarətçi axını paneli işləmir.İnternet nəhəngi "Google"un "Google Analytics" xidmətində "Real Time" izləmə xidmətinə daxil olmaq mümkün deyil. İstifadəçilər ya saytlarında trafik olmadığını, ya da "mənbə istifadə edilə bilmir" xətası ilə qarşılaşıb. Mövzu haqqında hələlik "Google"dan heç bir şərh verilməyib."Analytics"də yenilə işlərinin aparıldığı güman edirlir. BAKU.WS
Oxşar xəbərlər
Dünyanın ən bahalı brendləri açıqlanıb
“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. BAKU.WS "APA"-ya istinadən xəbər verir ki, "Apple" korporasiyası ard...