Dünyanın ən bahalı brendləri açıqlanıb
25
sen
2017
21:54
“Interbrand” konsaltinq şirkəti dünyanın ən bahalı brendlərinin illik reytinqini açıqlayıb. BAKU.WS "APA"-ya istinadən xəbər verir ki, "Apple" korporasiyası ardıcıl olaraq beşinci il birinci yeri tutub. Brendin dəyəri ötən il 3% yüksələrək 184,2 mlrd. dollar təşkil edib. İkinci yerdə dəyəri 141,7 mlrd. dollar olan "Google", üçüncüdə isə "Microsoft" (80 mlrd. dollar) qərarlaşıb. 2016-cı ildə "Google"-un dəyəri 6%, “Microsoft”-un isə 10% artıb. İlk onluğa Coca-Cola ($69,7 mlrd.), Amazon ($64,7 mlrd.), Samsung ($56,2 mlrd.), Toyota ($50,3 mlrd.), Facebook ($48,2 mlrd.), Mercedes ($47,8 mlrd.) və IBM ($46,8 mlrd.) yer alıb.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan əhalinin sayına görə 90-cı yerdədir
Bu ilin sonuna dünya əhalisinin sayı 7,6 mlrd. nəfəri ötəcək. “Report” xəbər verir ki, bu barədə Dünya Bankı (WB) məlumat yayıb.Məlumatda deyilir ki, 2050-ci il...