Ukrayna tərəfdaşlarından 42 ədəd F-16 qırıcısı alacaq
Ukrayna birinci mərhələdə tərəfdaşlardan 42 ədəd "F-16" qırıcısı alacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında bildirib.
"Mark Rutte (Niderandın Baş naziri -red) və mən Ukraynaya veriləcək "F-16"-ların sayı barədə razılığa gəldik - pilotlarımız və mühəndislərimiz təlim keçdikdən sonra. 42 ədəd təyyarə. Bu hələ başlanğıcdır", - Prezident yazıb.
Qeyd edək ki, avqustun 17-də Amerika Birləşmiş Ştatları "F-16" qırıcılarının Danimarka və Niderlanddan Ukraynaya təhvil verilməsini təsdiqləyib. ABŞ-nin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, Ukrayna pilotların hazırlığı başa çatdıqdan sonra Amerika qırıcıları ilə təmin olunacaq.
Oxşar xəbərlər
Sallivan çinli hakerlərin ABŞ rəsmilərinə kiberhücumundan danışdı
Çinli hakerlər yalnız ABŞ rəsmilərinin elektron poçt hesablarını sındırmaqla, məxfi olmayan məlumatları əldə edə biliblər. BAKU.WS “oxu.az”a istinadən xəbər ver...