Ukrayna ordusu müəyyən istiqamətlərdə irəliləyib

Ukrayna ordusu müəyyən istiqamətlərdə irəliləyib
Siyasət 102

Ukrayna hərbçiləri Svatov istiqamətində işğalçılara qarşı uğurla əks hücuma keçiblər. Məlumata görə, ordu 400 metr irəliləməyi bacarıb.

BAKU.WS "RBC-Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sırski bildirib.

Komandan cəbhə xəttində ukraynalı müdafiəçilərə baş çəkib, qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də əks-hücum edir.

Sırskinin sözlərinə görə, Rusiya ordusu qruplaşmalarını məhbuslardan ibarət "Ştorm Z" hücum dəstələri ilə gücləndiriblər. Düşmən Maksyutovka, Novoselovskoye, Kuzemovka, Makeevka, Beloqorovka və digər ərazilərdə hücuma keçiblər.

General-polkovnik müxtəlif ərazilərdə irəliləyən ukraynalı müdafiəçilərin uğurlu işini qeyd edib.

Sırski, həmçinin 80-ci əlahiddə hava hücumu briqadasının döyüşçülərinin İvanovski meşəsi ərazisindəki ərazinin əhəmiyyətli bir hissəsini azad etdiyini söyləyib.

Qeyd edilir ki, söhbət Baxmut istiqamətində meşəlik ərazidən gedir.

Son xəbərlər