Ukrayna ordusu Donetskdə əks-hücuma keçib ilk yaşayış məntəqəsini azad etdi
26
iyn
2023
16:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Silahlı Qüvvələri Rusiyanın işğalı altında olan Donetsk vilayətində ilk yaşayış məntəqəsini azad edib.
BAKU.WS Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar teleqramda yazıb.
O bildirib ki, Volnovaxa rayonunda yerləşən Rivnopol kəndi artıq Ukrayna ordusunun nəzarəti altındadır.
Xatırladaq ki, ötən gün Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətində əks-hücum əməliyyatına başladığını elan etmişdi. Rusiya Müdafiə Nazirliyi yaydığı məlumatda əks-hücum iddiasını doğrulayıb.
Oxşar xəbərlər
Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad etdi
Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edilməsi, həmçinin ordunun Baxmut istiqamətində uğurları barədə məlumat y...