Ukrayna ordusu bir sıra yaşayış məntəqələrini azad etdi

Ukrayna Müdafiə Nazirliyi Donetsk vilayətində Blaqodatnı və Makarovkanın işğaldan azad edilməsi, həmçinin ordunun Baxmut istiqamətində uğurları barədə məlumat yayıb.
BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar öz teleqram kanalında yazıb.
O, qeyd edib ki, Ukrayna qoşunları Baxmut istiqamətində hücum əməliyyatlarını davam etdirir.
Bundan əlavə, Malyar bildirib ki, cənubda "iki istiqamətdə 300-dən 1500 metrə qədər irəliləyiş var".
Ukrayna qoşunlarının müdafiəyə qalxdığı ərazilərə gəlincə, Malyar orada heç bir mövqenin itirilmədiyini vurğulayıb.
Bundan əlavə Donetsk vilayətinin Neskuçne yaşayış məntəqəsi də Rusiya hərbçilərindən azad edilib.
Oxşar xəbərlər
Malyar: "Ukrayna ordusu Baxmutu mühasirəyə alıb" - YENİLƏNİB
"Ukrayna ordusu Baxmutu mühasirəyə alıb, şəhərin bir hissəsinə nəzarəti əlində saxlayır". "Report" xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini A...
