Ukrayna ordusu Baxmutda yeni əraziləri azad etdi

Ukrayna ordusu Baxmutda yeni əraziləri azad etdi
Siyasət 55

Ukrayna Silahlı Qüvvələri Baxmut şəhərində Rusiya qoşunlarını ən azı daha bir kilometr geri sıxışdırıb.

BAKU.WS Unian-a istinadən xəbər verir ki, bu barədə Böyük Britanyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ruslar Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib:

“Son dörd gün ərzində Rusiyanın 72-ci əlahiddə motoatıcı briqadasının hissələri ağır itkilər verərək, eyni zamanda fiziki və mənəvi baxımdan zəifləmiş vəziyyətdə Baxmutun cənub cinahındakı mövqelərindən geri çəkilib”.

Xatırladaq ki, ötən gün Baxmut şəhərinin 2 km ərazisinin Ukrayna müdafiəçiləri tərəfindən Rusiya hərbçilərindən azad edildiyinə dair xəbərlər yayılmışdı.

Son xəbərlər