Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir

Ukrayna ordusu Baxmutda mövqelərini möhkəmləndirir
Siyasət 50

Ukrayna ordusu Donetsk vilayətinin Baxmut şəhərinin şimal və cənub hissəsindəki cəbhə xətti boyu mövqelərini möhkəmləndirir.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü Andrey Kovalyov məlumat verib.

Məlumata görə, Ukrayna Müdafiə Qüvvələri Baxmut, Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatını davam etdirir, sərhədlərdə möhkəmlənir, müəyyən edilmiş düşmən hədəflərini artilleriya atəşinə tutur.

Baxmut istiqamətində Ukrayna ordusu hücum əməliyyatlarını davam etdirir.

Liman, Baxmut, Avdeyevsk və Marınsk istiqamətlərində ağır döyüşlər gedir, sutka ərzində 40 toqquşma olub.

Son 24 saat ərzində 15-dən çox yaşayış məntəqəsi Rusiya tərəfindən minaatan və artilleriyadan atəşə tutulub.

Son xəbərlər