Ukrayna ordusu 2014-ci ildən işğalda olan bəzi əraziləri azad etdi

Ukrayna ordusu 2014-ci ildən işğalda olan bəzi əraziləri azad etdi
Siyasət 109

Ötən gün Rusiya ərazisində baş verən krizi fürsət bilən Ukrayna ordusu Zelenskinin göstərişi ilə işğal altındakı bəzi torpaqlarını geri alıb.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin “Tavriya” bölməsinin komandiri Aleksandr Tarnavskinin sözlərinə görə, Ukrayna qoşunları Donetsk vilayətinin Krasnoqorivka şəhəri yaxınlığındakı torpaqları işğaldan azad edib.

Tarnavski sosial media hesabında Ukrayna ordusunun Donetsk bölgəsində uğur qazandığını deyib.

Ukrayna ordusunun irəliləməyə davam etdiyini əsas gətirən Tarnavski, "Tavriya istiqamətindəki müdafiə qüvvələrimiz Donetsk vilayətinin Krasnoqorivka şəhəri yaxınlığında 2014-cü ildən bəri işğal altında olan torpaqları azad etdi", - deyə qeyd edib.

Son xəbərlər