Ukrayna azad edilən ərazilərin sahəsini açıqlayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna hərbçiləri əks-hücum əməliyyatına başlayandan bəri ölkənin cənubunda və şərqində təxminən 241 kvadratkilometr ərazini azad edə bilib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.
“Baxmut istiqamətindən danışsaq, orada 2 kvadrat kilometr, toplamda isə artıq 37 kvadratkilometr ərazi azad edilib. Cənubdan danışsaq, son bir həftə ərzində 12 kvadratkilometrdən çox ərazi, toplamda isə 204 kvadratkilometrdən çox ərazi azad edilib”, - o deyib.
Nazir müavini hazırda Ukrayna ordusunun bütün istiqamətlərdə tədricən irəliləməyə davam etdiyini diqqətə çatdırıb. “Şərqdə bu, təkcə Baxmut istiqaməti deyil, amma orada möhkəmlənmək lazımdır. Belə olduqda uğurlar haqqında məlumatlar verilə biləcək”, - nazir müavini söyləyib.
Oxşar xəbərlər
Ukrayna ordusu Baxmut istiqamətində irəliləyib
Ukrayna hərbçiləri Baxmut istiqamətində müxtəlif mövqelərdə irəliləyiblər. “Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirini...