“Twitter”in əməkdaşları evdən işləyəcək
Yeniliklərdən dərhal xəbərdar olun
“Twitter” mikrobloq xidməti koronavirus epidemiyası səbəbindən əməkdaşlarını “uzaq iş rejimi”nə keçirib.
BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Honqkonq, Yaponiya və Cənubi Koreyadakı işçilər evdən işləyəcək. Digər ölkələrdə çalışanların ofisə gəlməsinə icazə verilir, lakin ofisdə olmağa ehtiyac yoxdursa, uzaqdan giriş prioritet hesab olunur.
Ofisə gəlmək məcburiyyətində qalanlar üçün isə bütün müəssisələrdə dərin təmizlik və dezinfeksiya işləri aparılır.
“Məqsədimiz kiminsə təsadüfən yoluxması və ya virusu yayması riskini azaltmaqdır. Özümüzü və başqalarını qorumaq, xəstəliyin yayılmasını minimuma endirmək üçün bu addımları atmağımız çox vacibdir”, - deyə “Twitter” şirkətindən bildirilib.
Oxşar xəbərlər
Koronavirusun böyük effekti: Çin bioloji savaşa məruz qalmış vəziyyətdədir
Dünya artıq yeni dövrə - bioloji savaş mərhələsinə qədəm qoyub və bundan sonra insanların taleyi bakteriyalara və viruslara sahib olanların nəzarətinə keçə bilə...